100 mindən çox suriyalı qaçqın Türkiyədən Avropaya köç edir
Tarix: 02-03-2020 00:00 | Bölmə: Siyasət
100 mindən çox suriyalı qaçqın Türkiyədən Avropaya köç edir

Avropa Birliyi (AB) İdlibdəki son proseslərin müzakirəsi üçün xarici işlər nazirlərinin iştirakı ilə fövqəladə iclas çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Avropaya getmək istəyən suriyalı qaçqınlar üçün qapıları açdıqdan sonra keçən iki gün ərzində bu ölkədən öz istəyi ilə ayrılanların sayı 100 min nəfəri ötüb. Qaçqın axınının davamlı olması isə Avropa Birliyi ölkələrində ciddi narahatlıq yaradır.

Qeyd edək ki, Türkiyə bir neçə gün əvvəl Avropaya getmək istəyən suriyalı qaçqınların qarşısını almamaq qərarı verib. Bu qərar suriyalı olmayan digər immiqrantlara da şamil edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}