Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini müzakirə edəcək
Tarix: 05-03-2020 01:15 | Bölmə: Siyasət
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini müzakirə edəcək

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub. Bu gün saat 10:00-da isə Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayacaq.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyası pozuntulara görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində nəticələri ləğv edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər