Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb
Tarix: 17-03-2020 17:01 | Bölmə: Siyasət
Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb

“Ehtiyac olduğu halda, Milli Məclisin plenar iclası keçirilə bilər”.

Bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Qurum rəsmisi qeyd edib ki, parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı xəbərlər yanlışdır:

“Bu məsələ ilə bağlı hər hansı bir ajiotaj yaratmağa ehtiyac yoxdur. Milli Məclisdə komitə iclaslarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Amma parlamentin plenar iclaslarının keçirilməyəcəyi ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. Plenar iclas keçiriləcəyi halda ictimaiyyətə məlumat veriləcək”.

Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}