Tramp İsrail casusunun ABŞ-a qaytarıldığını açıqladı - Foto
Tarix: 20-03-2020 14:15 | Bölmə: Siyasət
Tramp İsrail casusunun ABŞ-a qaytarıldığını açıqladı

ABŞ prezidenti Donald Tramp İsrail casusu Amir əl-Faxurinin Beyrut həbsxanasından sərbəst buraxıldığını və ABŞ-a qayıtdığını açıqlayıb.

Reyting.az
“Tvitter”-ə istinadla xəbər verir ki, Livan mənşəli əl-Faxuri hərbi cinayətlərə görə məhkum olunub. O, 1980-ci illərdə Livanın cənubundakı həbsxanalarda İsraillə əməkdaşlıq edərək məhbuslara verilən işgəncələrdə iştirak edib və "əl-Xəyyamın qəssabı" ləqəbi ilə tanınıb.

Əl-Faxuri həbsdən azad edildikdən sonra helikopterlə Beyrutdakı ABŞ səfirliyinə çatdırılıb və daha sonra Birləşmiş Ştatlara yola salınıb.
Livan “Hizbullah” hərəkatı hökumətin ABŞ-ın təzyiqi və təhdidləri altında bu qərarı verdiyini bildirib.

Tramp İsrail casusunun ABŞ-a qaytarıldığını açıqladı

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Livandakı yeni səfiri ikili vətəndaşlığı olan casusun sərbəst buraxılmasını və Amerikaya getməsinə icazə verilməsini istəmişdi.

Yeni səfir Doroti Shi əvvəlcə Livan baş naziri Həsən Diab, sonra prezident Mişel Aunla görüşdə eyni xahişi dilə gətirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}