16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - Foto (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
12:58 / 15-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:45 / 15-09-2025
Türk Almaniyada yüksək vəzifəyə təyin edilib
12:39 / 15-09-2025
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
12:35 / 15-09-2025
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
12:26 / 15-09-2025
Netanyahunun təyyarəsi marşrutunu dəyişir
12:22 / 15-09-2025
Fransanın yeni səfiri Bakıya gəlir
12:15 / 15-09-2025
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
11:23 / 15-09-2025
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
11:20 / 15-09-2025
General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur
11:13 / 15-09-2025
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
11:09 / 15-09-2025
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
11:06 / 15-09-2025
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Deputat koronavirusla mübarizəyə dəstək çağırışı etdi
Tarix: 22-03-2020 12:49 | Bölmə: Siyasət

“Zəruri ehtiyaclar üçün tələb olunan ailə büdcəsinə ziyan vurmadan, eləcə də az və ya çox olmasından asılı olmayaraq, hər kəs Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək verməlidir”.
Reyting.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Xalq cəbhəsi' qəzetinə müsahibəsində deyib.
Q. Həsənquliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 1 illik əməkhaqqını həmin Fondun hesabına köçürməsi, Heydər Əliyev Fondunun, “Paşa Holdinq”in, "Neqsol"un, "Gilan"ın, "Azərcell"in, "Accord" və digər şirkətlərin koronavirusla mübarizəyə verdikləri dəstək qürurvericidir.
Q. Həsənquliyev deputat həmkarlarının da bu işə verdiyi hərtərəfli dəstəyi xüsusi qeyd edib. Onun sözlərinə görə, xalqımız çətin vəziyyətdə birlikdə olmaq qabiliyyətini bir daha nümayiş etdirdi.
Jurnailstin “Axı, bəziləri birlik üçün uzadılan əlləri sıxmadılar...”, - sualına Q. Həsənquliyev “Əgər “5-ci kolon” adlandırılan "Milli Şura"nı nəzərdə tutursunuzsa, bütün xalqların içərisində belələri olur. Onlar müstəqilliklərini çoxdan satıblar. Belə çətin dövrdə Prezident onları dialoqa dəvət etdi, amma müxtəlif bəhanələrlə bundan yayındılar.
Hökuməti internet üzərindən koronavirusla effektiv mübarizə aparmamaqda ittiham edirlər. Əgər düz adamsansa, cəmiyyətdə qorxu hissini gücləndirmək əvəzinə, get görüş, təkliflərini ver. İnşallah, böhran keçər və sonra deyərsən ki, mən filan təklifləri təqdim etmişdim. Yox, əgər görsən ki, zəruri addımlar atılmır, o zaman mətbuata danış”, - cavabını verib.
BAXCP sədri diqqətə çatdırıb ki, Prezidentin dialoq üçün səlahiyyət verdiyi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev heç bir görüşdə heç kimə vaxt məhdudiyyəti qoymayıb: “Ədalət Vəliyev kiməsə deməyib ki, filan mövzuya toxunma. Yox, qorxursansa ki, cəfəng ideyalarına yerindəcə verilən cavaba görə pis vəziyyətə düşə bilərsən, bu, başqa məsələ...”.
Q. Həsənquliyevin sözlərinə görə, Prezidentin bir ilk olaraq parlament rəhbərliyində digər partiyaların təmsilçiliyinin təmin edilməsi istiqamətində sərgilədiyi mövqe, Novruz bayramı münasibətilə cəmiyyətin aparıcı qüvvəsi olan ictimai-siyasi xadimlərə, siyasi partiyalara ayrıca təbrik göndərməsi ölkədə milli həmrəyliyə yönələn ciddi addımlardır. İnsanlarımız bunu yüksək qiymətləndirir və bu addımlar cəmiyyətimizin kataklizmilərsiz inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiyməti kəskin aşağı düşüb. Makroiqtisadi sabitliyi qorumaq və sürətli iqtisadi inkişafa nail olmaq üçün hazırkı vəziyyətdə hökumətin atmalı olduğu zəruri addımlardan da söz açan partiya sədri diqqətə çatdırıb ki, BAXCP olaraq uzun illərdir təkidlə hökuməti özəlləşdirmə həyata keçirməyə çağırırıq:
“Böyük miqyasda dövlət əmlakını özəlləşdirmədən Azərbaycanda Qərb dövlətlərində olduğu kimi güclü, rəqabətə davamlı iqtisadiyyat qurmaq mümkün olmayacaq. 74 illik sosialist təsərrüfat sistemi sübut edib ki, dövlət mülkiyyətində olan müəssisələrdə mənimsəmə yüksək olur və yeni texnologiyaların tətbiqində rəhbərlik o qədər də maraqlı olmur. Mənim seçildiyim Xətai rayonunda, dəniz kənarında 18 hektar ərazidə yerləşmiş, müstəqillik dövründə fəaliyyətini dayandırmış Hacı Zeynalabdin Tağıyev adına böyük toxuculuq kombinatı var. Sovet dönəmində orada 7 minə qədər insan çalışıb. İndi on illərdir qapıları bağlanıb. Bu tipli müəssisələri bərpa etmək, yeni iş yerlərinin açılması və böyük investisiyalar qarşılığında cüzi qiymətlərə özəlləşdirmək lazımdır. Əgər investorun vəsaiti yetmirsə, hətta ona güzəştli şətlərlə uzunmüddətli kreditlər də vermək olar.
Hər il büdcədən pul ayırdığımız iri dövlət şirkətlərinin, açıq və qapalı cəhmdar cəmiyyətlərin bəziləri özəlləşdirilməli, bəziləri isə ciddi investisiya qoyuluşu qarşılığında bu istiqamətdə təcrübəsi olan xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir.
Olimpiya kompleksləri, səhiyyə və ali təhsil müəssiələrinin əhəmiyyətli hissəsi özəlləşdirilməlidir. Ağır maliyyə yükündən və korrupsiyadan qurtarmağın, büdcə gəlirlərini artırmağın tək yolu budur.
Eyni zamanda, böyük işçi qüvvəsinin çalışdığı tikinti sektorunu canlandırmaq üçün tikintiyə icazə şərtləri xeyli sadələşdirilməlidir. Sahibkarlara yönələn bütün qanunsuz tələblər aradan qaldırılmalı, onlar yalnız satdıqları əmlakdan götürdükləri mənfəətə görə vergi ödəməlidirlər. Yalnız bu halda Azərbaycandan qaçmış tikinti şirkətləri geri dönə bilər”.
Milli Məclis üzvü deyib ki, Azərbaycanda səhmlərin satıldığı normal birja fəaliyyəti təmin olunmalıdır. Eyni zamanada vergi və gömrük rüsumları elə tənzimlənməlidir ki, sahibkarlar malın idxal dəyərini azaltmaqda və vergidən yayınmaqda maraqlı olmasınlar.
“Kölgə iqtisadiyyatının qarşısını almaq üçün nağdsız ödənişlərə keçilməlidir. İri və nüfuzlu xarici bankları ölkəyə cəlb edib rəqabət mühiti yaratmaqla aşağı faizlə kreditlərin verilməsini təmin etməliyik.
Neft Fondundan 2 milyard dollar götürüb yerli banklarda yerləşdirməliyik. Xarici investisiyanın cəlbi üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Bir sözlə, bazar iqtsadiyyatına tam keçid təmin olunmalı, proteksionizmə son qoyulmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız bu yolla biz rəqabətədavamlı və dayanıqlı iqtisadiyyat qura bilərik”, - Q. Həsənquliyev qeyd edib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bu gün, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Bu gün, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib