Xalq artisti: “Koronavirus məsələsində siyasi məqamlar da...”
Tarix: 26-03-2020 19:03 | Bölmə: Siyasət
Xalq artisti: “Koronavirus məsələsində siyasi məqamlar da...”

“Mən bu sahənin bilicisi deyiləm, söz adamıyam. Mən hiss edirəm ki, koronavirusun ortaya çıxmasında və dünyanı əhatə etməsində həm təbii, həm də süni məqamlar var”.

Bu fikirləri Ryting.az-a xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, koronavirusun süni və ya təbii epidemiya kimi ortaya çıxmasının dəqiqliyini yalnız mütəxəssislər deyə bilər:

“Diqqət edin, əgər bu məsələ Çində başlayıbsa və sonradan Çin bu problemi ləğv edə bilibsə, habelə indi çinli mütəxəssislər dünya ölkələrinə bununla bağlı təkliflər verirsə, daha çox ziyan çəkən İtaliya, İspaniya kimi ölkələrdisə, deməli, bunun siyasi tərəfləri də ola bilər”.

Müsahibimiz əlavə edib ki, dünya nəhəng olduğu, qütbləşdiyi qədər həm də kiçilib: “Artıq dünya mobil telefon səviyyəsində kiçilir. Sözsüz ki, hər şeydən əvvəl siyasi və iqtisadi maraqlar gedir. Bu qəbul olunsa da, olunmasa da reallıqdır. Dünyanın iqtisadi marağının öndə olduğu bir məqamda hər şey gözləmək olar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}