Elman Rüstəmovla Zakir Qaralovun səlahiyyət müddəti başa çatır
Tarix: 01-04-2020 12:16 | Bölmə: Siyasət
Elman Rüstəmovla Zakir Qaralovun səlahiyyət müddəti başa çatır

Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır.

Sonuncu dəfə Milli Məclis E. Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.

9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Ümumiyyətlə, 68 yaşlı E. Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Səlahiyyət müddəti başa çatanlardan biri də Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur.

Z. Qaralov 2000-ci il aprelin 25-dən bu vəzifədə çalışır.

Qeyd edək ki, 2015-ci ildə səlahiyyət müddəti başa çatan Azərbaycanın Baş prokuroru Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən bu vəzifəyə təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}