Avropa Birliyi İtaliyaya dəstək vermədiyi üçün üzr istədi
Tarix: 03-04-2020 16:38 | Bölmə: Siyasət
Avropa Birliyi İtaliyaya dəstək vermədiyi üçün üzr istədi

Az qala epidemiyanın mərkəzinə çevrilən İtaliyaya dəstək göstərməyən Avropa Birliyi (AB) uzun susqunluqdan sonra hərəkətə keçib.

Reyting.az
xəbər verir ki, AB-nin sədri İtaliyaya məktub yazaraq üzrxahlıq edib və bundan sonra Romanın yanında olacaqlarını bildirib.

Xatırladaq ki, COVİD-19 İtaliyada 14 mindən çox insanın həyatına son qoyub. Bu ölkəyə Türkiyə, Çin və Rusiya tibbi ləvazimatlar göndərərək humanitar dəstək verib.

Sükutu pozan AB isə İtaliyadan üzr istəməli olub. Birliyin rəhbəri Ursula von der Leyen İtaliyanın “La Repubblica” qəzetində məqalə yazaraq Birliyin İtaliyaya koronavirusun başlanğıcından dəstək göstərmədiyini etiraf edib.

Ursula von der Leyen məqaləsində AB-nin əksər ölkələrinin böhranın başlanğıcında öz durumlarına kökləndiyini bildirərək yazıb ki, bu gün Avropa İtaliyanın yanındadır.

Ursula von der Leyen Avropa çapında qısa fəaliyyətin tətbiqi üçün 100 milyard avroya qədər mənbə müəyyən ediləcəyini bildirərək ilk tətbiqin İtaliyada başlanılacağını anons edib.

Avropa Birliyi komissiyasının sədri Birliyin büdcəsindəki hər bir avronun koronavirusla mübarizədə istifadə ediləcəyini bilirib.

Qeyd edək ki, AB-nin İtaliyada baş verənlərə müşahidəçi qalması bu ölkədə ciddi narazılığa səbəb olmuşdu.

Hətta bəzi İtaliya siyasətçiləri ölkənin AB-dən ayrılmasını gündəmə gətirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər