İspaniya Xarici İşlər Nazirliyi: “Türkiyə təyyarəmizi qanunsuz saxlayıb”
Tarix: 04-04-2020 16:10 | Bölmə: Siyasət
İspaniya Xarici İşlər Nazirliyi: “Türkiyə təyyarəmizi qanunsuz saxlayıb”

İspaniya Xarici İşlər Nazirliyi Çindən satın aldıqları süni tənəffüs cihazları daşıyan yük təyyarəsinin Türkiyədə saxlanılmasını tənqid edib.

Reyting.az
“El Mundo”-yə istinadla xəbər verir ki, ötən şənbə günü 150 süni respirator daşıyan təyyarə Ankaradakı Esenboğa hava limanına enib və Türkiyə hakimiyyəti tərəfindən təyyarənin yenidən uçmasına icazə verilməyib.

İspaniya xarici işlər naziri Arança Qonzales öz şərhində Türkiyənin öz ərazisindən səhiyyə sisteminin ehtiyaclarını nəzərə alaraq tibbi cihaz ixracaatına məhdudiyyətlər tətbiq etdiyini bildirib.

Təyyarənin gömrük nəzarəti ilə əlaqədar olaraq bürokratik səbəblərə görə saxlanıldığı qeyd edilir.

Nəfəsalma qurğularına 3 milyon avro ödənilib. Cihazlar koronavirus epidemiyasından ən çox təsirlənən üçüncü bölgə olan Kastilya-La Mançanın yerli rəhbərliyi tərəfindən satın alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər