Deputatların şəxsi və xidməti maşınları saxlanılmayacaq
Tarix: 07-04-2020 13:05 | Bölmə: Siyasət
Deputatların şəxsi və xidməti maşınları saxlanılmayacaq

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq. 

APA-nın məlumatına görə, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. 

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər