Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
Tarix: 08-04-2020 16:57 | Bölmə: Siyasət
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Azərbaycan və İran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər.

İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər