17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Milli Şuranın keçmiş üzvü tanınmışları səfərbər edir
Tarix: 30-06-2020 00:46 | Bölmə: Siyasət
Milli Şuranın keçmiş üzvü tanınmışları səfərbər edir

Bir müddət öncə Milli Şuradan istefa verən Eldəniz Quliyev yeni platforma yaradıb.

Reyting.az
xəbər verir ki, Vətən Dəyərlər Platforması (VDP) adlanan platforma yaxın günlərdə fəaliyyətə başlayacaq.

E. Quliyev sosial şəbəkə hesabında yazıb ki, VDP-yə qoşulanların sayı artır. Artıq onlarla ictimai-siyasi, incəsənət və elm xadimləri üzvlük haqda müraciət ediblər.

E. Quliyev qeyd edib ki, VDP-yə üzv olmaq üçün müraciət edənlər arasında xalq artistləri, yazıçılar, şairlər, ssenaristlər, rejissorlar, alimlər, hüquqşünaslar, hüquq müdafiəçiləri və digər peşə adamları var.

Təşkilatçı bildirib ki, platformanın geniş ictimai təqdimatını 10-15 iyul aralığında keçirməyi planlaşdırırlar.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}