16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib - Fotolar
Tarix: 16-07-2020 16:55 | Bölmə: Siyasət
İsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

İsveçin Yöteborq şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları nömrə yerlərinə “Qarabağ” sözü yazılmış, həmçinin “Qarabağ Azərbaycandır” şüarları, Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərdən ibarət karvanla şəhərin mərkəzi küçələrində yürüş keçirib, döyüş mahnıları səsləndiriblər.

Qarabağ Azadlıq Təşkilatının Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, aksiya iştirakçıları yürüşdən sonra şəhərin mərkəzi meydanında 100-ə yaxın şəxsin iştirakı ilə mitinq keçiriblər. Mitinq Azərbaycanın dövlət himninin ifası, Tovuz istiqamətindəki son döyüş zamanı həlak olan əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb. Çıxışlarda Azərbaycanın siyasi və hərbi rəhbərliyinə, Azərbaycan Ordusuna dəstək nümayiş etdirilib, Azərbaycan Ordusunun Ermənistanın son təxribatına layiqli cavab verdiyi vurğulanıb, düşmən üzərində tam qələbə arzuları ifadə edilib.

Mitinqin gedişində vətənpərvərlik mahnıları, marşları səsləndirilib, yerli əhalinin diqqəti Azərbaycana qarşı Ermənistanın işğalçı hərəkətlərinə cəlb edilib.

Tədbirin təşkilatçısı, Avropa Qarabağ Mərkəzi Təşəbbüs qrupunun üzvü Kənan Hacıəkbəroğlu çıxış edərkən bildirib:

“Hər birimizin ürəyi Vətənimiz Azərbaycanla döyünür. Səfərbərlik elan olunan kimi hər kəs Vətənə dönüb ordu sıralarına qatılacaq. Ordumuzun qələbəsinə inanır, düşmənə qarşı həlledici savaş gününü səbrsizliklə gözləyirik".

İsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilibİsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
İsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilibİsveçdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}