12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Keçmiş nazir gərəksiz məsləhətlər verir”
Tarix: 08-06-2023 10:45 | Bölmə: Slayd
Deputat: “Keçmiş nazir gərəksiz məsləhətlər verir”

"Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “F acebook” səhifəsində baş nazir Nikol Paşinyandan giley-güzar edib. Bildirib ki, əgər Paşinyanın zərrə qədər diplomatik bacarığı olsaydı, biz ilk növbədə müharibədən qaçardıq və bu gün Dağlıq Qarabağın bütün ərazisi bizdə olar, Azərbaycan, Türkiyə və beynəlxalq ictimaiyyət tərəfindən tanınan 20 km-lik Laçın dəhlizi aralıq statusu prinsipi əsasında və BMT Təhlükəsizlik Şurasının zəmanəti ilə açılar, buna paralel olaraq Azərbaycan və Türkiyə ilə sərhədləri açılmış olardıq".

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov V. Oskanyana sual ünvanlayıb:

"Oskanyana 2008-ci ilə qədər - Ermənistanın xarici işlər naziri olduğu dövrdə İrəvanın indi elan etdiyi şərtlərin qəbuluna hazır olduğunu bəyan etməyə nə mane oldu? Axı, bu vaxta qədər onlar artıq tam formalaşmışdılar. Və Oskanyana 2020-ci ildə 44 günlük müharibə başlamazdan əvvəl bu sülh təkliflərini qəbul etməyin zəruriliyini bəyan etməyə nə mane olurdu?”.

Musabəyov bildirib ki, həmin vaxt Oskanyan “qanla fəth edilən torpaqları təslim etmək”də ittiham olunacağından qorxaraq susurdu. “İndi hadisələrin ardınca özünü ağıllı göstərmək, gileylənmək, gərəksiz məsləhətlər vermək və real olmayan fəaliyyət planları təklif etmək asandır. Odur ki, cənab Oskanyan sussun! Axı diplomatın və analitikin təkcə peşəkarlığı vacib deyil...", - deyə Musabəyov əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər