19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
13:07 / 10-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

ABŞ kəşfiyyatının direktoru Türkiyə sərhəddinə gizli səfər edib
Tarix: 08-06-2023 14:47 | Bölmə: Slayd

Keçən həftə Yunanıstanın paytaxtı Afinada danışıqlar aparan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün ABŞ hərbi bazasının yerləşdiyi Aleksandrupolis şəhəri və Türkiyə sərhəddini ziyarət etdiyi iddia olunur. Bu iddiaya aydınlıq gətirilməsə də, bir gün sonra ABŞ-ın Afinadakı səfirinin bölgəyə baxış keçirməsi diqqət çəkib.
Reyting.az xəbər verir ki, Türkiyə sərhədindən 40 km uzaqlıqda yerləşən Aleksandrupolis son vaxtlar ABŞ-ın Avropadakı ən mühüm logistik limanlarından birinə çevrilib.
Türkiyədən cəmi 40 kilometr uzaqlıqda olan Aleksandrupolis şəhəri son günlər bir-birinin ardınca reallaşan maraqlı ziyarətlərlə yenidən gündəmə gəlib. MKİ direktoru Uilyam Börnsün Aleksandrupolisə səfər etdiyi iddia olunarkən, bir gün sonra ABŞ-ın Afinadakı səfiri, yunan əsilli Corc Tsunis Ukrayna, Bolqarıstan, Rumıniya və Moldova səfirləri ilə birlikdə limana baxış keçirib.
MKİ direktoru Börns mayın 30-da Afinaya böyük məxfilik şəraitində gəlib. Onun Afinaya müvəqqəti seçki hökumətinin iş başında olduğu və Yunanıstanda iyunun 25-də keçiriləcək yeni seçkiqabağı dövrün getdiyi bir vaxtda gəlməsi də diqqət çəkib. Yunanıstan paytaxtına səfər edən Börns adları açıqlanmayan “bəzi rəsmilərlə görüşdüyünü”,- deyib.

“Ta Nea” qəzeti yazıb: “Börnsün Afinaya səfəri Ukraynadakı müharibənin və Kosovo böhranının kölgəsində baş tutub”.
Börnsün Afinadakı təmaslarını tamamlayaraq ölkəsinə döndüyü düşünülərkən, Aleksandrupolisdəki yerli xəbər saytlarından olan “Evros-news” maraqlı iddia ilə çıxış edib. “Evros-news”un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börns Aleksandrupolis limanını və Türkiyə-Yunanıstan sərhədini təşkil edən Maritsa çayının Yunanıstan tərəfində tikilmiş polad barrikadanı ziyarət edib. Xəbərdə “Bu səfərlə bağlı nə Yunanıstan Kəşfiyyat Xidmətinin yerli hakimiyyət orqanlarına, nə də yunan polisinə məlumat verilməyib”,- deyilir.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya göndərdiyi silahların bir hissəsi gəmilərlə Aleksandrupolisə daşınaraq oradan cəbhəyə ötürülür.
Bir gün sonra ABŞ-ın Afinadakı səfiri Tsunis Ukrayna, Bolqarıstan, Rumıniya və Moldovanın səfirləri ilə birlikdə Aleksandrupolis limanına səfər edib. Tsunis açıqlamasında Yunanıstanın Balkanlar və Şərqi Aralıq dənizindəki enerji tənliklərində əsas rol oynadığını, xüsusilə Aleksandrupolisdəki Üzən Anbar Birliyinin (FSRU) əhəmiyyətini vurğulayıb. Dədəğacın təkcə Yunanıstan üçün deyil, digər bölgə ölkələri üçün də təhlükəsizlik və sabitliyi təmin edəcək bir enerji mərkəzinə çevrildiyini qeyd edən səfir bildirib ki, Dədəağacın həm enerji və ticarət mərkəzi, həm də logistika baxımından əhəmiyyətini hər kəs qəbul edir. Bura NATO mərkəzidir.
ABŞ ordusunun Avropadakı ən mühüm logistik bazalarından birinə çevrilən Aleksandrupolis Türkiyə sərhədindən cəmi 40 km məsafədədir. Bir vaxtlar sakit dənizkənarı şəhər indi Amerika gəmilərinin limana yanaşması və əsgərlərin alış-verişə çıxması ilə başqa sima alıb. Türkiyə ilə münasibətlərində soyuq küləklərin əsdiyi və Aleksis Tsiprasın Yunanıstanda baş nazir olduğu dövrdə (2015-2019) Aleksandrupolis ABŞ üçün əhəmiyyət qazanmağa başladı. Onun əhəmiyyəti Ukraynada müharibənin başlaması ilə daha da artıb. ABŞ-ın minlərlə tankı, vertolyotu, döyüş sursatı və hərbi qulluqçusu nəhəng nəqliyyat gəmiləri ilə dəfələrlə Aleksandrupolis limanına gətirilib. Buradan Avropa ölkələrinə daşımalar həyata keçirilib. 2021-ci ildə imzalanmış yeni müdafiə əməkdaşlığı sazişi çərçivəsində ABŞ Aleksandrupolisdə də hərbi baza yaradıb. Yunanıstan quru qoşunlarının 156-cı motoartilleriya batalyonuna məxsus “Yanuli” kazarmaları baza kimi ABŞ-a ayrılıb. Dədəğaçdan 100 kilometr aralıda yerləşən Xanthi şəhəri yaxınlığında son illər Yunanıstan-ABŞ birgə hərbi təlimləri keçirilib.
Aleksandrupolis sakinləri Amerikanın şəhərdə getdikcə artan varlığından razıdırlar. Yunanıstan Kommunist Partiyası və bəzi solçu təşkilatlar istisna olmaqla, Aleksandrupolis sakinləri özlərini daha təhlükəsiz hiss etdiklərini söyləməkdən çəkinmirlər. Aleksandrupolis dükanları hər dəfə gəmilərdən çıxan Amerika əsgərlərini görəndə sevincdən əllərini ovuşdururlar.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto