12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb
Tarix: 08-06-2023 14:53 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan XİN bildirib ki, görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

ELÇİN





Bölməyə aid digər xəbərlər