12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tələbələr dövlət imtahanı və attestasiyadan azad ediləcəklər
Tarix: 09-06-2023 12:51 | Bölmə: Slayd
Tələbələr dövlət imtahanı və attestasiyadan azad ediləcəklər

2023-2024-cü tədris ilində tələbələrin 70 faizi dövlət imtahanı verməkdən azad olacaqlar.

Reyting.az
xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, gələn il iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət, kənd təsərrüfatı və tibb təhsili ixtisaslarında oxuyan tələbələr dövlət imtahanı verməyəcəklər.

Y. Piriyev orta ixtisas təhsili müəssisələrində yekun attestasiyanın aparılmayacağını da bildirib.

Aparat rəhbərinin müavini diqqətə çatdırıb ki, bu il tələbələrin 50, gələn il isə 100 faizi yekun attestasiya imtahanından azad olacaqlar.

ELÇİN





Bölməyə aid digər xəbərlər