12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Türkiyəyə qarşı 4 çətin şərt irəli sürüb
Tarix: 09-06-2023 13:11 | Bölmə: Slayd
ABŞ Türkiyəyə qarşı 4 çətin şərt irəli sürüb

Prezident seçkilərindən sonra Türkiyə hökumətinin iqtisadi idarəçilikdə “U-dönüş”ü müşahidə edilir. Buna paralel olaraq, xarici qurumlar türk lirəsinin aktivlərinə daxil olmaq üçün çətin şərtlər sadalayırlar.

Reyting.az
xəbər verir ki, ABŞ-ın aparıcı banklarından olan “Bank of Amerika” Türkiyəyə isti pulların daxil olması üçün 4 çətin şərt irəli sürüb.

“Bank of Amerika”nın (BofA) türk lirəsində uzun müddətli mövqe tutmaq və ya 10 il müddətinə yerli istiqraz almaq üçün 4 şərti aşağıdakılardır:

Şərtlərdən birincisi Mərkəzi Bankın (TCMB) siyasət faizinin 40 faiz səviyyəsinə çəkilməsidir. Bu nisbət hazırda 8,5 faiz səviyyəsindədir. May ayında rəsmi istehlak inflyasiyasının 39,59 faiz olduğunu nəzərə alan BofA, faizlərin inflyasiyadan yuxarı olmasını istəyir. Dünən BofA strateqləri tərəfindən açıqlanan qeyddə “Cari balansda sabitlik səviyyəsini davamlı saxlamaq üçün daxili tələbi yetərincə zəiflətmək üçün siyasət faizinin ən azı 40 faiz olması lazımdır”, - qiymətləndirməsi edilib.

“Bank of Amerika”nın ikinci şərti türk lirəsinin real dəyəri ilə bağlıdır. Dolların türk lirəsi üçün “ədalətli dəyəri”ni təxminən 24 olaraq görən bankın şərtinə görə, bir dollar 25 lirəni keçməlidir.

Bankın üçüncü şərti valyuta bazarına dolayı müdaxilələrə son qoymaq və şirkətlərin dollar alışına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdır.

Son illər iqtisadiyyat administrasiyası xarici valyuta alışına ciddi məhdudiyyətlər qoyub, xarici valyutası artıq olan şirkətlərin ucuz kreditlər almasını çətinləşdirir.

BofA-nın dördüncü tələbi odur ki, dolların qlobal perspektivi yüksəlişli deyil. “Biz düşünürük ki, perspektivlər optimist qalsa və irəli sürülən siyasətlərin ortodoksallığa uyğun olacağı gözlənilsə, uzunmüddətli perspektivdə getməyə hələ yer var”, - deyə bankın strateqləri qeyd ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər