19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
13:07 / 10-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

Prezident Azad İqtisadi Zonanın açılış mərasimində iştirak edib - Fotolar
Tarix: 09-06-2023 14:14 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.
Reyting.az-ın xəbərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. İnvestorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
Dövlət başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Ələt Azad İqtisadi Zonası prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.

Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto