12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Vaşinqton görüşünün təxirə salınması...
Tarix: 09-06-2023 14:32 | Bölmə: Slayd
Vaşinqton görüşünün təxirə salınması...

"Media və analitiklər iyunun 12-də ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bayramov ilə Mirzoyan arasında keçirilməsi planlaşdırılan danışıqların hansı səbəbdən təxirə salınmasını soruşurlar. Görüşün təxirə salınması təşəbbüsü Bakıdan gəlib".

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Musabəyov güman edir ki, yaxın günlərdə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın Bakıya səfəri gözlənilir, müttəfiqlik münasibətlərini nəzərə alaraq onunla məsləhətləşmələr vacibdir.

Müsahibimiz istisna etmir ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Luis Bono bu yaxınlarda İrəvana və Bakıya gəldiyi zaman sülh müqaviləsinin mübahisəli müddəaları üzrə kompromis müddəalar əlavə daxili müzakirələr tələb edir:

"Bakının Vaşinqton görüşünü təxirə salması Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinə, onların və hər kəsin sərbəst hərəkət etməsinə çağıran ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin yersiz müraciətindən Bakının narazılığının ifadəsi ola bilər. Bu cür arzuolunmaz məsləhətlər erməniləri beynəlxalq hüquqa, etnik azlıqlar və separatçı hərəkatlarla bağlı mövcud təcrübəyə zidd olan iddialarını reallaşdırmaq mümkünlüyü ilə bağlı illüziyalar yaratmağa sövq edir. Nə olursa-olsun, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Vaşinqton görüşünün təxirə salınmasını onun keçirilmə vaxtına aydınlıq gətirmək kimi şərh edib".

ELÇİN




Bölməyə aid digər xəbərlər