12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın üç böyük şəhərinə PUA hücumu olub
Tarix: 09-06-2023 21:18 | Bölmə: Slayd
Rusiyanın üç böyük şəhərinə PUA hücumu olub

İyunun 9-da pilotsuz uçuş aparatları (PUA) Rusiyanın üç bölgəsinə hücum edib. Hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk və Voronejdə pilotsuz təyyarələri vurub.

Reyting.az
-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, PUA-lardan biri binanın üzərinə düşsə də, binaya ciddi ziyan dəyməyib və xəsarət alan olmayıb.

PUA-lardan biri Kurskda neft bazasının çən parkının ərazisinə düşüb. Pilotsuz təyyarə obyektdə hər hansı dağıntıya səbəb olmayıb.

Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, Ukrayna Silahlı Qüvvələri sərhəddə yerləşən Tetkino kəndinə partlayıcı qurğu atıb. Hadisə nəticəsində pəncərələr sınıb.

Voronej şəhərinin mərkəzində isə partlayıcı maddələr olan pilotsuz təyyarə yaşayış binasına çırpılıb. İyunun 9-da səhər saatlarında məlum olub ki, hava hücumundan müdafiə vasitəsi ilə vurulan partlayıcı maddələr olan pilotsuz təyyarə Belinski küçəsindəki yaşayış binasına düşüb. Partlayış nəticəsində 3 nəfər qəlpələrdən yaralanıb. On mənzilə ziyan dəyib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev regional miqyasda fövqəladə vəziyyətin tətbiqi və zədələnmiş mənzillərin sakinlərinə yardım göstərilməsini tapşırıb.

Qeyd edək ki, iyunun 8-də dron Belqorod vilayətinin Staroselye kəndində infrastruktur rabitə obyektinə hücum edib, bir gün əvvəl isə pilotsuz təyyarələr Şebekinski rayonuna 18 partlayıcı qurğu atıb. Bryansk vilayətinin Suzemka kəndində PUA transformator zavoduna hücum edib.

Belqorod vilayətinin Şebekino şəhəri daha çox atəşə məruz qalıb. Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq yaşayış binalarına və sənaye zonasına zərbələr endirir, insanlar sərhəd zonasından çıxarılır. Həmçinin diversantlar bir neçə dəfə bölgəyə girməyə cəhd ediblər - iyunun 1-də Şebekinoya hücum cəhdində 70 nəfər və 5 tank iştirak edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər