12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin strateji səhv edir, nüvə silahı əldən çıxa bilər - Politoloq
Tarix: 10-06-2023 09:32 | Bölmə: Slayd
Putin strateji səhv edir, nüvə silahı əldən çıxa bilər

“Rusiya prezidenti Vladimir Putin strateji səhvə yol vermək üzrədir. O, iyulun 8-nə qədər Rusiyanın Belarusda nüvə silahlarını yerləşdirəcəyini bildirib. Putin bu yolla “kollektiv Qərbi” qorxutmağa çalışır. Bu, Kremlin Vaşinqtona da mesajıdır ki, sən Avropada nüvə başlığı daşıyan raketlər yerləşdirirsənsə, mən də eynisini müttəfiqim Belarusun ərazisində yerləşdirəcəyəm”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu diqqətə çatdırıb ki, Belarus prezidenti A. Lukaşenko V. Putinə tabedir. Bəs bir gün Lukaşenko olmasa və Belarusun yeni lideri Ukrayna kimi Rusiya əvəzinə Qərbə inteqrasiya yolunu seçərsə, onda həmin nüvə silahının taleyi necə olacaq?

Politoloq xatırladıb ki, SSRİ vaxtında nüvə silahı 4 respublikada - Rusiyada, Ukraynada, Belarusda və Qazaxıstanda olub. SSRİ dağıldıqdan sonra nüvə silahlarının Rusiya ərazisində yerləşdirilməsi ilə bağlı razılıq olsa da, Ukrayna müharibəsi göstərdi ki, bu yanlış qərar idi. “Əgər indi Ukraynanın nüvə silahı olardısa, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlamağa risq etməzdi. Bu, Kiyevə və Qərbə dərs oldu. Yəqin ki, Minsk də bundan dərs çıxarıb. Belarus gələcəkdə həmin nüvə silahını Rusiyaya qaytarmayaraq onu ərazisində saxlamaq hüququnu irəli sürə bilər. Bu, Belarusun özünü Rusiyanın mümkün həmləsindən qoruması üçün güclü aləti olacaq",- deyə E. Şahinoğlu əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər