12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyadan sonra hədəfdə İran olacaq - Politoloq
Tarix: 10-06-2023 18:00 | Bölmə: Slayd
Rusiyadan sonra hədəfdə İran olacaq

“Ukraynaya qarşı müharibədə çoxsaylı hərbi cinayətlər və soyqımı törədən Rusiyanın gələcək taleyi bu cinayətlərinə uyğun olacaq. Cinayət nə qədər böyük olsa, cəza da bir o qədər ağır olacaq”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli bildirib.

X. Cəfərli xatırladıb ki, ABŞ konqresmenləri Rusiyanın terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməsi ilə bağlı qanun layihəsi ilə çıxış ediblər. Qanun layihəsini demokratlardan Stiv Koen, Jared Qolden və Ted Li, respublikaçılardan isə Co Vilson və Ken Bak imzalayıblar. Müvafiq sənəd iyunun 9-da layihənin təşəbbüskarlarından biri, Kaliforniyadan olan demokrat Ted Linin saytında dərc edilib.

X. Cəfərlinin sözlərinə görə, artıq hər kəsə aydındır ki, müharibənin sonunda Rusiya indiki sərhədləri çərçivəsində qala bilməyəcək: “Rusiya məsələsi həll olunduqdan sonra isə növbə İrana çatacaq. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin İranı Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya hərbi yardımda ittiham etməsi bu prosesin startı kimi də dəyərləndirilə bilər. “İran Rusiyanı Ukraynada dinc sakinləri öldürmək üçün istifadə edilən daimi silah və sursat axını ilə təmin edir”,- cümləsinin yer aldığı açıqlama Tehrana qarşı ilk rəsmi ittihamdır”.


X. Cəfərli

Politoloq diqqətə çatdırıb ki, britaniyalı nazirin bəyanatında Rusiya və İran alyansının məsuliyyətə cəlb ediləcəyi də çox açıq ifadə olunub.

X. Cəfərli qeyd edib ki, İrana yönəlik bir ittiham da Vaşinqtondan gəlib. Ağ evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi bəyan edib ki, Vaşinqton İranın Rusiyada dron istehsal edən zavod tikmək niyyətində olduğuna dair kəşfiyyat məlumatlarına malikdir. ABŞ hökuməti hesab edir ki, bu hadisə Ukrayna, Yaxın Şərq ölkələri və bütün dünya üçün yeni təhlükə yaradacaq.

X. Cəfərli sonda əlavə edib ki, bütün bu məlumatlardan çıxan ümumi rəy ondan ibarətdir ki, dünyada sülh və sabitlik üçün İran Rusiya ilə bərabər təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, Rusiya məsələsi həll olunduqdan sonra növbə İrana çatacaq. Belə görünür ki, bu prosesin startı verilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər