12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Naxçıvanı yaşayış üçün yararsız hala salmaq istəyirlər - Deputat
Tarix: 12-06-2023 09:29 | Bölmə: Slayd
Naxçıvanı yaşayış üçün yararsız hala salmaq istəyirlər

"Ermənistan dövlətinin Naxçıvan sərhədində, Sədərək kəndinin bir neçə yüz metrliyində - Arazdəyən kəndi ərazisində metallurgiya zavodu tikməsinə etirazlar davam edir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti ekoterrorudur və dərhal qarşısı alınmalıdır".

Bunu Reyting.az-a Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.

Ə. Ələkbərlinin sözlərinə görə, ermənilərin riyakarlığını sübut edən faktlardan biri də odur ki, bu ərazidə heç bir filiz yatağı yoxdur, sadəcə, ermənilər metallurgiya zavodunu burada tikməklə ərazini ekoterror məkanına çevirmək, Naxçıvan ərazisini yaşayış üçün yararsız hala salmaq istəyirlər.

Deputat əlavə edib ki, ermənilərin məqsədi yeganə Azərbaycan-Türkiyə yolu olan Ümid körpüsünü və Naxçıvanın əsas su mənbəyi olan Araz çayını daha da zəhərləmək, Zəngəzur dəhlizi açıldıqdan sonra Türk dünyasını birləşdirəcək bu yolu zəhər yığnağına çevirməkdir.

Ə. Ələkbərli Ermənistandan bu fəaliyyətini dərhal dayandırmağı tələb edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər