12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ADR Hərəkatının Naxçıvan təşkilatı ləğv edilib - Bəyanat
Tarix: 12-06-2023 13:30 | Bölmə: Slayd
ADR Hərəkatının Naxçıvan təşkilatı ləğv edilib

ADR Hərəkatının Naxçıvan Muxtar Respublikasındakı bütün strukturları fəaliyyətini dayandırıb.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı bəyanata imza atanlar bildirir ki, Müsavat Partiyasından ayrıldıqdan sonra Qubad İbadoğlunun demokratik dəyərlər uğrunda mübarizə aparacağına inanaraq, ADR Hərəkatına qoşulmağa qərar veriblər.

"2015-ci ildə ADR Hərəkatının təsis yığıncağında iştirak etik. Yığıncaqdan bir müddət sonra ADR Hərəkatının rəhbərliyindən Naxçıvan Muxtar Respublikasında ADR Hərəkatının yaradılması barədə tapşırıq aldım. Muxtar Rerspublikanın 5 rayonunda ADR-in Təşəbbüs qruplarının yaradılmasını üçün görüşlər keçirdim. Sonra baş verən proseslər məni fikrimdən çəkindirdi", - ADR-in Naxçıvan təşkilatının sədri Zakir Babayev bildirib.

Qeyd olunur ki, təsis yığıncağında Q. İbadoğlu Azərbaycana dönəcəyinə söz versə də, sözünə əməl etməyib. Nə Qubad İbadoğlu, nə də ADR rəhbərliyi Naxçıvan MR təşkilatı ilə maraqlanmayıb:

“Q. İbadoğlu onlayn yolu ilə ADR-i şəxsi təsərrüfatı kimi idarə etməyə başlayıb. O, ADR Hərəkatının sədri olmaqla yanaşı Ali Məclis sədrliyini də ələ keçirib, daha sonra ADR-də 1-ci müavin postunu ləğv edərək avtoritar bir üsul-idarə yaradıb. Ən əsası isə Q. İbadoğlu ADR-in təsis yığıncağında çıxış edərkən açıqladığı kursa sadiq qalmayıb. O, bəyan etmişdi ki, ADR konstruktiv siyasət yürüdəcək, proqramlar hazırlanacaq, populizm və şüarçılıqdan uzaqda dayanacaq.

Ancaq belə olmadı. Q. İbadoğlu Londonda oturub bloqqer kimi radikal və populist çıxışları ilə ADR-in konstrktiv kursunun ziddinə getdi və bu gün də həmin fəaliyyətini davam etdirir. Q. İbadoğlu sifarişlə bunu edir, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan aldığı qrantlara rəğmən Azərbaycanda vəziyyətin gərginləşməsində maraqlıdır”.

Bildirilir ki, Q. İbadoğlu kimi bir şəxsin prezidentlik iddiasına düşməsi absurddur. “Belə bir durumda ADR-dən kənarlaşmaq qərarına gəldik. Bir vaxt Təşəbbüs Qrupu yaratdığımız adamlarla yenidən görüşdük və qərar verdik ki, Naxçıvanda ADR Hərəkatı ləğv olunsun”, - deyə bəyanatda bildirilir.

ELÇİN





Bölməyə aid digər xəbərlər