12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Krımda dəhşətli fəlakət baş verə bilər - Foto
Tarix: 12-06-2023 14:46 | Bölmə: Slayd
Krımda dəhşətli fəlakət baş verə bilər

Rusiya hərbçiləri Krımın şimalında işğal altında olan “Krım Titan” zavodunda terror aktı törətməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Krım yarımadasının şimalında müvəqqəti işğal olunmuş ərazidə (Armyanskda) ruslar həm işğal administrasiyasının nümayəndələrini, həm də yerli əhalini köçürməyə hazırlaşır.

Qeyd olunur ki, rusların Kaxovskaya SES-də törətdiyi terror aktı nəticəsində Şimali Krım kanalında su çatışmazlığı yaranıb və “Krım Titan” zavodunda istehsal prosesi kritik həddə pozulub.

"Ruslar minimum lazımi rejimdə işin bərpasını qeyri-mümkün hesab edirlər", - bəyanatda deyilir.



Bundan əlavə, işğal olunmuş ərazidə “Krım Titan”ının mümkün dayandırılması ilə bağlı məlumatlar dolaşır.

Kəşfiyyat Baş İdarəsi bəyan edir ki, Rusiya ordusunun mühəndis bölmələri son bir neçə gün ərzində müəssisənin hazırda fəaliyyətini davam etdirən sexlərini minalayaıb, həmçinin zavoda və ona bitişik əraziyə partlayıcı maddələr yerləşdirir. Bildirilir ki, rusların “Krım Titan”a hücumunun nəticəsi dəhşətli süni texnogen fəlakətinə çevriləcək.

Kəşfiyyatın məlumatında vurğulandığı kimi, “Krım Titan”ının soyuducu avadanlıqlarında 200 tona yaxın texnoloji ammonyak istifadə olunur.

"Zavodda partlayış baş verərsə, ammonyak buludları küləyin istiqamətindən asılı olaraq, yarım saat ərzində ətraf əraziləri bürüyəcək. İlk növbədə işğal altında olan Armyansk, Krasnoperekopski rayonu və Xerson vilayətinin cənub rayonlarını əhatə edəcək”, - hesabatda deyilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər