12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyada azadlıq mübarizəsi başlayır - Politoloq
Tarix: 13-06-2023 09:22 | Bölmə: Slayd
Rusiyada azadlıq mübarizəsi başlayır

Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan “Başqırdlar” bölüyünün əsgərləri başqırdlara, tatarlara, qafqazlılara və digər xalqlara Rusiya imperiyasından xilas olmaq üçün azadlıq mübarizəsinə başlamaq çağırışı ediblər.

Müraciətdə deyilir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib və işğal olunmuş ərazilərin azad edilməsinə başlayıb. Bildirilir ki, Ukraynanın qələbəsi Rusiya tərəfindən əzilən bütün xalqlar üçün azadlıq əldə etmək şansıdır.

Bunu Reyting.az-a politoloq Xəqani Cəfərli deyib.

Onun sözlərinə görə, müraciətdə vurğulanır ki, Rusiya imperiyasının mövcudluğuna tezliklə son qoyulacaq. Hərəkət etmək vaxtıdır, hər şey indi həll olunur! Susmayın, qalxın, azadlığınız üçün mübarizə aparın!

X. Cəfərli diqqətə çatdırıb ki, başqırdlarla yanaşı, tatarlar, çeçenlər, dağıstanlılar və Rusiyanın əsarətində yaşayan digər xalqların böyük əksəriyyətinin təmsilçiləri son günlər eyni məzmunlu çağrışlar edirlər.

Politoloq əlavə edib ki, Rusiya müxalifəti də oxşar mövqedən çıxış edərək, xalqı rejimə qarşı mübarizəyə səsləyir.

X. Cəfərli bildirib ki, Rusiyada partizan müharibəsi də güclənməkdədir. Xüsusilə qeyri-rusların əksəriyyət təşkil elədiyi bölgələrdə hərbi məqsədlər üçün istifadə edilən dövlət müəssisələrinə və infrastrukturlara zərbələr vurulur. “Federal Təühlükəsizlik Xidmətinin, polsin bütün çanfəşanlığına baxmayaraq partizan mübarizəsini ləğv etmək olmayıb. Üstəlik, partizan hərəkatının “gəncləşdiyi” müşahidə olunur. Son zamanlar həyata keçirilən əməliyyatların əsasən yeniyetmələr tərəfindən törədildiyi məlum olub”,- deyən politoloqun iddiasına görə, Ukrayna ordusu uğurlar qazandıqca Rusiyanın daxilində azadlıq mübarizəsi güclənəcək və Ukrayanın qəti qələbəsi Rusiyanın taleyini həll edəcək.

X. Cəfərli əlavə edib ki, Dərbənd başda olmaqla Azərbaycanın şimal torpaqlarının Rusiya işğalından azad olunacağı gün yaxınlaşır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər