12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran Rusiyaya döyüş dronları verməklə kifayətlənmir - Foto
Tarix: 13-06-2023 11:35 | Bölmə: Slayd
İran Rusiyaya döyüş dronları verməklə kifayətlənmir

Rusiya İrandan uzunmüddətli zərbə vuran pilotsuz təyyarələrin tədarükünə çalışır.

Reyting.az
xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bu gün paylaşılan kəşfiyyat icmalında bildirilir.

Məlumata görə, çox güman ki, Rusiya İran PUA-larını Xəzər dənizi vasitəsilə gəmilərlə qəbul edir.

Qeyd olunur ki, “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” Rusiyanın Ukraynaya təcavüzündən sonra daha çox əhəmiyyət daşıyır.

Kəşfiyyat rəsmiləri bildirirlər ki, dəhliz Rusiyaya Asiya bazarlarına, o cümlədən silah transferi üçün çıxış əldə etməyə imkan verir.

Rusiya həmçinin İranın köməyi ilə zərbə vuran PUA-ların yerli istehsalına başlamağa çalışır.

Onu da qeyd edək ki, bundan əvvəl Ağ ev Rusiyanın Tatarıstan Respublikasında İranın kamikadze pilotsuz təyyarələrinin istehsalı zavodunun tikintisinin sübutu olan peykdən çəkilmiş görüntünü nümayiş etdirib. ABŞ administrasiyası bəyan edir ki, Rusiya İranla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir və Ukraynaya zərbələr endirmək üçün yüzlərlə hücum pilotsuz təyyarəsi alıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər