12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Düşünürəm ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq”
Tarix: 13-06-2023 13:49 | Bölmə: Slayd
Professor: “Düşünürəm ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq”

“Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsini, qarşılıqlı şəkildə normal əməkdaşlıq və barışın olmasını istəmirlər. Üstəlik, bunun baş tutmaması üçün sülh prosesinə mane olurlar. Bunlardan biri Rusiyadır. Rusiya prosesi pozmağa çalışır, tərəflərə təzyiqlər edir, xüsusilə Ermənistana. Bu da Ermənistanda müəyyən tərəddüdlər yaradır”.

Bu sözləri Reyting.az-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları və onun perspektivlərindən danışarkən deyib.

Professor əmindir ki, Rusiya qurduğu tələlər hesabına istəyinə nail ola bilməyəcək.

Q. Hüseynli bildirib ki, sülhyaratma prosesi davam edəcək: “Biz diqqət etdikdə görürük ki, prosesi davam etdirmək üçün indiyə qədər çoxlu sədlər çəkilib. Düşünürəm ki, Rusiya səddi də aşılacaq və ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq. Bunun üçün Ermənistan kifayət qədər aktivlik nümayiş etdirməlidir”.

Professorun fikrincə, Rusiyadan fərqli olaraq ABŞ və Avropa bu prosesin irəli aparılması və sülh sazişinin əldə edilməsində maraqlı görünürlər.

Q. Hüseynli əlavə edib ki, Azərbaycanın bu problemin həllinə dair apardığı siyasət tam doğru və qüsursuzdur. O, buna nümunə kimi Azərbaycanın indiyə qədər tutduğu mövqedən bir addım belə geri çəkilməməsini göstərir və qeyd edir ki, Bakının qətiyyətli siyasəti Qarabağda olan bir ovuc separatçının iradəsini getdikcə qırır, onların anti-Azərbaycan mövqeyini sarsıdır və mövqelərinin perspektivsiz olduğunu sübuta yetirir:

“Laçın dəhlizində sərhəd-keçid məntəqəsi bir müddətdir ki, fəaliyyət göstərir. Rusiyadan tutmuş ABŞ-a qədər olan vasitəçilər bunu qiymətləndirib və normal şərh veriblər. Yəni sərhəd-keçid məntəqəsi de-fakto və de-yure mövcuddur. Oradan erməni əhalisi istifadə edir. Bəli, ola bilsin ki, separatçılar bunu bəyənmir, hətta özlərinə yaxın buraxmaq istəmirlər. Amma məhz bu kimi addımlar onların anti-Azərbaycan iradəsini sındırır. Güman edirəm ki, proses irəlilədikcə Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycana inteqrasiya xəttini seçəcəklər”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər