12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycanda yeni nazirlik yaradılıb, təyinat olub - Sərəncam
Tarix: 01-11-2023 17:03 | Bölmə: Slayd
Azərbaycanda yeni nazirlik yaradılıb, təyinat olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamda deyilir:

1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

***

Digər sərəncamla Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və nazir əvəzi təyin edilib.




Bölməyə aid digər xəbərlər