12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Putin rejiminin tənəzzül əlamətləri var, amma...” - Kəşfiyyat
Tarix: 02-11-2023 09:31 | Bölmə: Slayd
“Putin rejiminin tənəzzül əlamətləri var, amma...”

“Rusiya prezidenti Vladimir Putin rejimində “çürümə” əlamətləri olsa da, onun sona çatmasına hələ çox var”.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çıxış edib.

A. Yusova Rusiya prezidenti V. Putinin guya ölümü ilə bağlı məlumatdan sonra Kreml dairələrindəki əhval-ruhiyyə barədə sual verilib. Kəşfiyyatçı bildirib ki, əslində bu məlumat qeyri-rəsmi rus təbliğatçıları tərəfindən yayılıb: “Amma bunu Skabeeva və ya Solovyov desəydi, təbii ki, effekt bir az fərqli olardı”.

A. Yusov əmindir ki, Putinin ölümü ilə bağlı məlumatların yayılması Rusiyanın ortalarından ilham alıb. Həmçinin, onun sözlərinə görə, Rusiyada bir sıra digər hadisələr də baş verir.

“Rusiya xüsusi xidmət orqanlarının özləri və onların ayrı-ayrı nümayəndələri tərəfindən açıq-aydın ilhamlanan iğtişaşlar, iyrənc antisemitizm və ksenofobik təxribatlar, bu və ya digər şəkildə rejimin özünün ortasındakı vəziyyəti sarsıdıb – bu ümumi şəkildə belə görünür. Putin rejiminin çürüyən Rusiya imperiyasında bu cür daxili ziddiyyətlər və proseslər müşahidə edilir. Bu, əlbəttə ki, hələ son deyil. Və durğunluq kifayət qədər uzun ola bilər. Amma buna baxmayaraq, totalitar Rusiyada daxili proseslər davam edir”, - Yusov vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putinin 71 yaşı var. O, 20 ildən artıqdır ki, hakimiyyətdədir və indiyə qədər onun xəstəlikləri haqqında müxtəlif iddialar səsləndirilib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya liderinin həm fiziki, həm də mənəvi sağlamlığı ilə bağlı problemlər var.

ELÇİN




Bölməyə aid digər xəbərlər