12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Xəzər dənizinin suyu azalır - Nazir
Tarix: 02-11-2023 10:29 | Bölmə: Slayd
Xəzər dənizinin suyu azalır

Son 5 il ərzində Xəzər dənizinin səviyyəsi 69 sm, son 10 ildə isə 114 sm enib.

Reyting.az
xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur.

M. Babayev əlavə edib ki, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur:

"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".




Bölməyə aid digər xəbərlər