12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Netanyahunun baş nazir karyerası başa çatır, Ağ ev üç siyasətçi ilə danışıqlar aparır
Tarix: 02-11-2023 10:34 | Bölmə: Slayd
Netanyahunun baş nazir karyerası başa çatır, Ağ ev üç siyasətçi ilə danışıqlar aparır

ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrailin baş naziri Binyamin Netanyahunun siyasi karyerası başa çatmaq üzrədir.

Reyting.az
xəbər verir ki, bu barədə çərşənbə günü “Politico” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ ev “Netanyahunun baş nazir kimi günlərinin sayılı olduğuna inanır” və bu, “bir neçə ay və ya İsrailin Qəzza zolağında hərbi əməliyyatının ilkin mərhələsi başa çatana qədər davam edəcək”.

“Politico” bildirir ki, Bayden Netanyahu ilə şəxsi söhbətində baş nazir kimi gələcək perspektivlərini müzakirə edib və onu “varisinə hansı ssenari təklif edəcəyini düşünməyə” çağırıb.

Qəzetin yazdığına görə, Amerika administrasiyasının nümayəndələri İsrailin keçmiş baş naziri Naftali Bennett, müxalifət liderlərindən biri, keçmiş müdafiə naziri Benni Qantz və parlament müxalifətinin lideri Yair Lapidlə danışıqlar aparır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər