12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nüvə müharibəsi təhlükəsi azala bilər
Tarix: 02-11-2023 11:04 | Bölmə: Slayd
Nüvə müharibəsi təhlükəsi azala bilər

Çin və ABŞ gələn həftə nüvə silahlarına nəzarəti müzakirə edəcək.

Reyting.az
“Wall Street Journal”a istinadla xəbər verir ki, bu, Obama administrasiyasından sonra ilk belə danışıq olacaq.

Bazar ertəsi Çinin xarici işlər naziri Vanq Yinin Vaşinqtona səfərindən sonra Çin Xarici İşlər Nazirliyi bildirib ki, iki ölkə yaxın günlərdə “silahlara nəzarət və yayılmamaq üzrə məsləhətləşmələr”, həmçinin dəniz və digər məsələlər üzrə ayrı-ayrılıqda danışıqlar aparacaq.

Məlumata görə, silah üzrə danışıqlar bazar ertəsi başlayacaq və ona Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Mallory Stevart və Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət şöbəsinin rəhbəri Sun Xiaobo rəhbərlik edəcək.

Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi danışıqların vaxtı və formatı ilə bağlı “Röyter”in sorğularına dərhal cavab verməyib.

Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sllivan 2021-ci ildə Çin və ABŞ prezidentlərinin Pekinin nüvə arsenalı ilə bağlı Vaşinqtonun narahatlığına istinad edərək, “strateji sabitlik haqqında müzakirə açmağa” razılaşdıqlarını söyləmişdi.

Ancaq Ağ ev tez bir zamanda müzakirələrin ABŞ-ın Rusiya ilə apardığı kimi, silahların azaldılması danışıqlarına bənzəməyəcəyini söyləyib. Bayden administrasiyası o vaxtdan bəri Çinin nüvə silahından istifadə riskini azaltmaq üçün addımların müzakirəsinə az maraq göstərməsindən məyus olduğunu bildirib.

Oktyabr ayında Pentaqon bəyan edib ki, Çinin 500-dən çox operativ nüvə başlığı var və onların sayı 2030-cu ilə qədər 1000-i keçəcək. Lakin Pekin uzun müddətdir ki, ABŞ-ın daha böyük arsenala malik olduğunu iddia edir.

Silah üzrə danışıqlar ABŞ və Çin prezidentləri Co Bayden və Si Cinpin arasında noyabrda San-Fransiskoda planlaşdırılan görüşdən əvvəl baş tutacaq, baxmayaraq ki, Bayden administrasiyasındakı mənbə çərşənbə axşamı mühüm detalların hələ də həll edilməli olduğunu söyləyib.

Qeyd edək ki, son aylar Çin və Birləşmiş Ştatlar arasında bir sıra diplomatik mübadilələr əsasən Vaşinqtonun istəyi ilə baş tutub, çünki o, ABŞ ordusunun ABŞ üzərində uçan şübhəli Çin casus şarını vurmasından sonra iki ölkə arasında sürətlə pisləşən münasibətləri xilas etməyə çalışır.

Vaşinqtonda yerləşən Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Daryl Kimball bildirib ki, bu sahədə çoxdan gözlənilən danışıqlar çox güman, hər bir ölkənin nüvə doktrinalarında şəffaflığın artırılmasına və böhran vəziyyətlərində daha təsirli kommunikasiya xətlərinin təşviqinə yönələcək.

“Lakin mən düşünmürəm ki, biz tezliklə irəliləyişlər gözləməliyik. Bu, vaxt aparacaq və hər iki tərəf təklifləri müzakirə edəcək, bunu öz maraqlarına uzlaşdırmaq istəyəcək”,- deyə Kimball bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər