12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Paşinyan Qarabağdan Ermənistana gedənlərə vətəndaşlıq verir
Tarix: 02-11-2023 12:42 | Bölmə: Slayd
Paşinyan Qarabağdan Ermənistana gedənlərə vətəndaşlıq verir

“Qarabağdan gələn bacı və qardaşlarımız arasında Ermənistan Respublikası vətəndaşlığını almaq üçün müraciət edənlər kifayət qədərdir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Bizim siyasətimiz ondan ibarətdir ki, Qarabağdan “deportasiya” olunanların Qarabağa qayıtmaq üçün obyektiv imkanları yoxdursa, biz onların Ermənistanda qalmasını, burada yaşayıb işləməsini istəyirik. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir”, - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, bəzi qanunvericilik nüansları var ki, onlara əməl edilməlidir: “Burada hamımız - hökumət və dövlət orqanları mümkün qədər tez işləməliyik, lakin biz öz qardaş və bacılarımızdan bir qədər səbir gözləyirik. Sürət üzündən hüquqi problem yaratmamalıyıq. Proses təbii şəkildə gedəcək. Mən də minnətdaram ki, insanlar işlərin dəqiq və qanuni aparılmasının vacibliyini başa düşürlər”.

Paşinyan bildirib ki, humanitar mərkəzin işi çərçivəsində yaxın vaxtlarda 50+50 proqramının icrası gözlənilir. “Gələcəkdə vətəndaşlıq və status almaq üçün pensiyaçılara hansı pensiya ödəniş sistemini, hansı prinsipləri tətbiq edəcəyimizi də düşünməliyik”, - deyə baş nazir əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər