12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Baydeni soyqırımda iştirakda ittiham edirlər
Tarix: 04-11-2023 10:20 | Bölmə: Slayd
Baydeni soyqırımda iştirakda ittiham edirlər

“Qəzza zolağı sakinlərinin soyqırımında Amerika prezidenti Co Baydenin əli var”.

Reyting.az
xəbər verir ki, ABŞ Dövlət Departamentinin əməkdaşı Silviya Yakub Co Baydeni ağır cinayətdə ittiham edib və bununla bağlı fikrini “X” sosial şəbəkəsində paylaşıb.

“Axios” portalının məlumatına görə, xanım Yakub həmkarlarına elektron poçtla məktub göndərərək, ölkə hökumətinin siyasətindən narazılığını bildirib. O, Fələstin-İsrail münaqişəsi ilə bağlı bəyanatına imza toplamaq üçün müraciət edib. Yakub həmçinin sosial şəbəkələrdə Vaşinqtonun tədbirləri ilə bağlı mənfi fikirlər yazıb.

“Siz Qəzzalı mülki şəxslərə fərq qoymadan hücum edən hökumətə əhəmiyyətli dərəcədə daha çox hərbi yardım edirsiniz. Siz soyqırımda iştirak edirsiniz, prezident”, - “Axios” Yakubun “X”-də yazdıqlarından sitat gətirir.

Dövlət Departamentinin əməkdaşı ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşündən də bəhs edib və onu tənqid hədəfinə çevirib.

Portal yazır ki, paylaşımdan bir müddət sonra Yakub öz qeydlərinə girişi məhdudlaşdıraraq, onları şəxsi edib.

Xatırladaq ki, Silviya Yakub Hillari Klintonun 2016-cı il prezidentlik kampaniyasında işləyib və Obama Fondunun əməkdaşı olub.

Onu da qeyd edək ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin siyasəti Vaşinqtonun bütün müttəfiqlərini itirməsinə gətirib çıxarıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər