12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna ilə Rusiya arasında sülh danışıqları müzakirə olunur
Tarix: 04-11-2023 11:42 | Bölmə: Slayd
Ukrayna ilə Rusiya arasında sülh danışıqları müzakirə olunur

ABŞ və Avropa İttifaqının rəsmiləri Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqlarının aparılması imkanını müzakirə etməyə başlayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “NBC News”-a adı açıqlanmayan indiki və keçmiş amerikalı məmurlar bildiriblər.

Telekanalın məlumatına görə, bu müzakirələrdə xüsusilə Ukraynanın razılıq əldə etmək üçün nədən imtina etməli ola biləcəyindən danışılıb.

Belə müzakirələrdən biri ötən ay Ramşteyn formatında Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasında baş tutub.

Kanalın mənbələri bildirir ki, bu müzakirələr cəbhədəki vəziyyətin, Avropa və ABŞ-dakı siyasi vəziyyətin əksidir.

Müzakirələr ABŞ və Avropa rəsmiləri arasında müharibənin dalana dirənməsi və Ukraynaya yardımın davam etdirilməsi ehtimalı ilə bağlı narahatlıqlar fonunda keçirilir.

Mənbələr deyirlər ki, ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Ukraynadakı müharibəyə ictimai diqqətin az olmasından narahatdır. Rəsmilər bu dəyişikliyin Ukraynanın əlavə yardım almasını çətinləşdirə biləcəyindən ehtiyat edirlər.

Rəsmilər həmçinin bildiriblər ki, sülh danışıqları xeyli vaxt aparacaq. Telekanal qeyd edir ki, Amerika rəsmiləri bununla bağlı da fikirlərini avropalı müttəfiqləri ilə bölüşüblər.

Eyni zamanda, iki ABŞ rəsmisi deyib ki, Bayden administrasiyasında Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir işarə yoxdur.

Xatırladaq ki, sentyabr ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, Ukrayna Putinlə sülh danışıqları apara bilməz, çünki ona etibar etmək olmaz.

O, həmçinin bildirib ki, Rusiyanın başlatdığı müharibəni danışıqlar masasına oturmaqla dayandırmaq olmaz.

E. KAMAL




Bölməyə aid digər xəbərlər