12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qəzzada BMT-nin 88 əməkdaşı həlak olub
Tarix: 06-11-2023 08:53 | Bölmə: Slayd
Qəzzada BMT-nin 88 əməkdaşı həlak olub

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında həlak olan əməkdaşlarının sayı 88 nəfərə çatıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin humanitar yardım rəhbərləri birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, oktyabrın 7-dən bəri Qəzzada həlak olan yardım işçilərinin sayına UNRWA-nın 88 əməkdaşı daxildir. Bu, BMT-nin indiyədək bir münaqişədə qeydə alınmış ən böyük itkisidir.

Sənədi BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus, BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel və başqaları imzalayıblar. Onlar yenidən HƏMAS-ın götürdüyü girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsin əldə olunmasına çağırış ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər