12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərib - Foto
Tarix: 06-11-2023 12:38 | Bölmə: Slayd
ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərib

ABŞ daha əvvəl göndərilən iki təyyarədaşıyan gəmidən sonra Yaxın Şərqə nüvə sualtı qayığı göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə Ohayo sinfinə aid nüvə sualtı qayığının göndərildiyini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, ABŞ Süveyş kanalı (Misir) körpüsü yaxınlığında sualtı qayığı əks etdirən görüntü yayımlasa da, başqa təfərrüat təqdim etməyib.

CNN bildirir ki, ABŞ-ın Ohayo sinifli sualtı qayıqları adətən “nüvə triadası” adlandırılan Amerikanın atom silahlarının bir hissəsi kimi tam məxfilik şəraitində fəaliyyət göstərirlər.

Qeyd olunur ki, Ohayo sinifli sualtı qayıqlar nüvə enerjisi ilə təchiz olunsa və bir çoxu nüvə silahı daşısa da, digərləri yalnız qanadlı raketlər daşıyır və xüsusi əməliyyat qüvvələrinin bir hissəsi kimi yerləşdirilmək üçün nəzərdə tutulub. Yaxın Şərqə göndərilənlərin hansı sinifə aid olduğu dəqiq bəlli deyil.



Onu da xatırladaq ki, ABŞ regionda nüvə sualtı qayığına malik olduğunu bildirsə də, o zaman Mərkəzi Komandanlığın rəhbəri general Maykl Kurilla dənizdə açıqlanmayan yerdə olan “USS West Virginia” gəmisini açıq şəkildə yoxlamışdı.

Bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin əvvəllər “USS Gerald R Ford” təyyarədaşıyan gəmisi, Ticonderoga sinifli “USS Normandy” kreyseri və bir neçə esminesin Şərqi Aralıq dənizinə göndərilməsini əmr edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər