12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi əməliyyatların istiqaməti İrana doğru dəyişə bilər - Politoloq
Tarix: 06-11-2023 13:05 | Bölmə: Slayd
Hərbi əməliyyatların istiqaməti İrana doğru dəyişə bilər

“İsrail antiterror əməliyyatlarına başladığı ilk gündən İrandan İsrailin və ABŞ-ın ünvanına sərt bəyantlar səslənir. Son dəfə İranın müdafiə naziri Məhəmməd Rıza Aştiani ABŞ-ı Yaxın Şərqdəki münaqişəni dayandırmağa çağırıb. Müdafiə naziri deyib ki, əks halda ABŞ-a ağır zərbə vurulacaq”.

Reyting.az
-ın xəbərinə görə, bunu Yaxın Şərqdəki silahlı qarşıdurmalardan danışarkən politoloq Xəqani Cəfərli bildirib.

Politoloqun fikrincə, Aştiani fikirlərini elə ifadə edib ki, sanki ABŞ-a zərbəni İran deyil, gözəgörünməz başqa bir qüvvə vura bilər. Bütün bunlar isə İranın bu proseslərdən qorxduğunu və Qəzzada keçirilən hərbi əməliyyatların istiqamətinin dəyişə biləcəyindən çəkindiyini göstərir.

X. Cəfərli ehtimal edir ki, İranın qorxusu gerçəkləşəcək və hərbi əməliyyatların istiqaməti bu ölkəyə doğru dəyişəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər