12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Blinkeni Türkiyədə soyuq qarşılayıblar - Video
Tarix: 06-11-2023 19:28 | Bölmə: Slayd
Blinkeni Türkiyədə soyuq qarşılayıblar

ABŞ dövlət katibi Antoni Blinkenin Ankarada xoşagəlməz qəbulu sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olub. Hətta bir sıra istifadəçilər amerikalı siyasətçinin “layiq olduğunu aldığına” inandıqlarını yazırlar.

Reyting.az
xəbər verir ki, bu barədə daha çox Türkiyə-Amerika münasibətlərinin pisləşməsini arzu edən Rusiya mediası (RİA Novosti) yazır.

Qeyd olunur ki, ABŞ dövlət katibi Blinken gecə saatlarında Türkiyə paytaxtına gəlib. Onu təyyarənin enişində Ankara qubernatorunun müavini və ABŞ səfiri Ceff Flake qarşılayıb.

Şərhlərdə sosial şəbəkə istifadəçiləri amerikalı siyasətçinin “buna layiq olduğunu” qeyd ediblər. Digərləri ABŞ səfirinin əli cibində nazirlə salamlaşdığını görüblər.

Eyni zamanda, Blinkenin Türkiyənin xarici işlər naziri ilə görüşünün videosunda Fidanın ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdindən yayındığı təəssüratı yaranır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Blinkeni Fələstin-İsrail gərginliyinə “subyektiv yanaşmasına” görə tənqid edib. Ərdoğan bildirib ki, Blinken böhrana “milləti baxımından” yanaşır.



E. KAMAL




Bölməyə aid digər xəbərlər