12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qiyamət günü ilə bağlı yeni araşdırma aparıblar - Foto
Tarix: 07-11-2023 17:42 | Bölmə: Slayd
Qiyamət günü ilə bağlı yeni araşdırma aparıblar

Qiyamət günü ilə bağlı sualın cavabı çoxlarını düşündürür. Hətta mütəxəssislər bəşəriyyətin sonunu proqnozlaşdırmaq üçün ən son superkompüter modellərindən də istifadə edirlər.

Reyting.az
xəbər verir ki, İngiltərənin Bristol Universitetinin tədqiqatçıları insan nəslinin kəsilmək təhlükəsini araşdırıblar. Bunun üçün kompüterin köməyi ilə hesabat da hazırlayıblar.

Kompüter hesabatında Yer kürəsinin sürətlə isinməsi və temperaturun pik həddə çatması ilə “apokalipsis”in baş verəcəyi bildirilir.

Hesabata görə, Yer kürəsini yandıracaq istilər tez-tez vulkan püskürmələri ilə müşayiət olunan “superqitə”nin yaranmasına zəmin ola bilər.

Superkontinent əsasən isti və rütubətli tropik bölgələri əhatə edəcəyi üçün karbon qazının səviyyəsi ikiqat artacaq. Günəş 2,5 faiz daha çox radiasiya yayacaq. Nəticədə, Yer kürəsinin əhəmiyyətli hissəsində 40-70 dərəcə arasında dəyişən temperatur müşahidə olunacaq. Yeni superkontinentin təsiri, intensiv Günəş enerjisi istehsalı və atmosferdə yüksək karbon qazı üçqat təhlükə yaradacaq. Planet yanarkən, yemək və içmək tapa bilməyən canlılar məhv olacaqlar.

Araşdırmanın aparıcı müəllifi Dr. Alexander Farnsvorth deyir ki, 40-50 dərəcəni aşan hava temperaturu, yüksək rütubət dərəcələri ilə birlikdə insanların taleyini həll edəcək. Onun sözlərinə görə, insanlar və digər canlılar yox olacaqlar, çünki onlar bu istiliyi tərləmə yolu ilə buraxa və bədən istiliyini tənzimləyə bilməyəcəklər.



Qeyd edilir ki, İtaliyanın Pompey şəhərində Vezuvi vulkanının püskürməsi 15 dəqiqə ərzində bütün şəhəri xəritədən silib. 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində külə çevrilən qədim papirus 2000 il sonra oxunub. Kentukki Universitetinin kompüter alimləri, “tarixçilər üçün potensial xəzinə” olduğunu gördükləri karbonlaşmış papirusun məzmununu aşkar etmək üçün süni intellektdən istifadə ediblər. Papirusda tapılan ilk sözün “bənövşəyi” mənasını verən yunan sözü olduğu bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər