12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Paturşev: “Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyir”
Tarix: 08-11-2023 14:06 | Bölmə: Slayd
Paturşev: “Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyir”

MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin illik iclasında Ermənistanı bu ölkənin Rusiyadakı səfiri təmsil edir.

Reyting.az
-ın xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Bildirilir ki, bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya gəlməyəcək.

“Ermənistan Respublikasını iclasda Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfir Vaqarşak Varnazoviç Arutyunyan təmsil edir”, - Patruşev iclası açaraq deyib.

Patruşev həmçinin bildirib ki, Qərb Cənubi Qafqazda vəziyyətin pisləşməsinə çalışır: “Biz Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafına şərait yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqlarına uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”.

Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, regionda mübahisəli məsələləri yalnız Qərbin və ya digər regiondankənar qüvvələrin iştirakı olmadan həll etmək mümkündür.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər