12:36 / 14-06-2025
Sabah yağış yağacaq
MDB ölkələrində legitim hakimiyyətləri sarsıtmağa cəhd edirlər
Tarix: 08-11-2023 14:18 | Bölmə: Slayd
MDB ölkələrində legitim hakimiyyətləri sarsıtmağa cəhd edirlər

Bəzi ölkələr Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və ümumilikdə vəziyyəti pozmağa çalışırlar.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şurası katiblərinin iclasının iştirakçılarına videomüraciətində bildirib.

Putin qeyd edib ki, qlobal qeyri-sabitlik Avrasiya üçün də proqnozlaşdırılır:

“Üstəlik, bəzi ölkələrin hərəkətləri bilavasitə MDB ölkələrində qanuni hakimiyyəti, sosial sabitliyi və ənənəvi dəyərləri sarsıtmağa, ənənəvi sıx ticarət, əməkdaşlıq və mədəni əlaqələrimizi pozmağa yönəlib”.

Putin deyib ki, MDB ölkələri üçün ümumi olan təhlükələr hələ də qalmaqdadır:

“Terrorizm və mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, radikalizm və ekstremizm, həmçinin iqtisadi, informasiya, texnoloji və bioloji təhlükəsizlik sahəsində risklər var”.

Rusiya prezidenti əlavə edib ki, bütün bunlar təkcə əlaqələndirilmiş kollektiv reaksiya deyil, həm də çoxlu profilaktik iş tələb edir: “Xüsusilə, MDB məkanında və bütövlükdə dünyada vəziyyətin dərindən və hərtərəfli öyrənilməsi, prioritetlərin dəqiq müəyyən edilməsi və vaxtında həyata keçirilməsi üçün təhlükəsizlik şuralarının proqnozlaşdırma, informasiya və analitik potensialından tam istifadə etmək vacibdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər