12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qocalma sürətini 6 il ləngitməyin yolu tapılıb
Tarix: 08-11-2023 16:02 | Bölmə: Slayd
Qocalma sürətini 6 il ləngitməyin yolu tapılıb

Orqanizmin qocalma sürətini 6 il ləngitməyin yolu müəyyən edilib.

Reyting.az
xəbər verir ki, Amerika Ürək Dərnəyinin (AHA) Elmi Sessions Konfransında elm adamlarının təqdim edəcəyi araşdırmada qocalma sürətini azaltmaqdan bəhs olunur.

Alimlər bildirir ki, müəyyən etdikləri tədbirlərin həyata keçirilməsi bioloji qocalma sürətini 6 ilə qədər ləngidir və ürəyin sağlamlığını dəstəkləyir.

Orta yaşı 47 olan 6500 şəxsin sağlamlıq məlumatlarını araşdıran tədqiqatçılar deyiblər ki, ən yaxşı ürək-damar sağlamlığına sahib insanlar bioloji yaşlarından 6 yaş kiçikdirlər.

Kolumbiya Universiteti İrvinq Tibb Mərkəzindən doktoru Nour Makarem qeyd edib ki, daha yüksək ürək-damar sağlamlığı bioloji qocalmanın yavaşlamasına birbaşa təsir göstərir.

Makaremin sözlərinə görə, ürək sağlamlığı yaxşı olanların faktiki yaşı 41 olduğu halda, onların orta bioloji yaşı 36, ürək-damar sağlamlığı zəif olanların faktiki yaşı 53 olduğu halda, orta bioloji yaşı 57 olur.

Doktor əlavə edib ki, “Həyatın 8 Əsas Qaydasına” riayət etmək ürək-damar sağlamlığını yaxşılaşdırır, bu da öz növbəsində orqanizmin qocalmasını ləngidir.

Amerika Ürək Dərnəyi tərəfindən müəyyən edilmiş sağlamlıq resepti aşağıdakı kimidir:

1) Sağlam qidalanmaq.

2) Aktiv olmaq.

3) Siqaret çəkməmək.

4) Kifayət qədər yatmaq.

5) Sağlam çəkini qorumaq.

6) Xolesterolu idarə etmək.

ELÇİN




Bölməyə aid digər xəbərlər