12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruslar Kiyevə ballistik raket atıb
Tarix: 11-11-2023 12:21 | Bölmə: Slayd
Ruslar Kiyevə ballistik raket atıb

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

Reyting.az
UNİAN-a istinadla xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.

Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Yuri İqnat telemarafonunun efirində Kiyevdə partlayışların olduğunu təsdiqləsə də, hələlik dağıntılar barədə məlumatının olmadığını deyib.

Silahlı Qüvvələrin nümayəndəsinin sözlərinə görə, bu raketlərin atıldığı andan hədəflərinə çatana qədər cəmi bir neçə dəqiqə keçdiyi üçün partlayış səsindən sonra hava hücumu siqnalı verilib.

O, həmçinin xatırladıb ki, Rusiya Federasiyası gecə saatlarında üç müxtəlif istiqamətdən “Şahed”lərlə Ukraynaya hücum edib, 31 pilotsuz təyyarə və bir neçə növ raket buraxıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər