12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran ABŞ-la müharibəyə hazırlaşır
Tarix: 13-11-2023 15:56 | Bölmə: Slayd
İran ABŞ-la müharibəyə hazırlaşır

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq və Suriyada ABŞ hərbçilərinə qarşı hücumlar dayandırılmayacağı təqdirdə İrana bağlı qruplara yeni zərbələrin endirmək ehtimalını açıq saxlayıb.

Reyting.az
“Röyter”ə istinadla xəbər verir ki, bazar günü axşam saatlarında ABŞ ordusu Suriyada bir neçə həftə ərzində üçüncü hava hücumunu həyata keçirərək, Albu Kamal qəsəbəsi yaxınlığındakı təlim obyektini və Mayadin şəhəri yaxınlığındakı sığınacaqları vurub.

Zərbələr, İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı regional gərginliyin artdığı bir vaxtda son həftələr İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə ən azı 40 hücumun ardınca edilib. Bu hücumlar nəticəsində azı 45 Amerika əsgəri beyin travması və ya yüngül xəsarətlər alıblar.

Pentaqon rəhbəri Ostin Seulda keçirdiyi mətbuat konfransında deyib ki, bu hücumlar dayandırılmalıdır: “Əgər hücumlar dayandırılmasa, biz yenidən qoşunları qorumaq üçün lazım olanı etməkdən çəkinməyəcəyik".

Ostin bildirib ki, Suriyanın şərqindəki son hava zərbələri İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qrupların istifadə etdiyi obyektləri hədəf alıb: “Bu zərbələr İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlara görə bilavasitə məsuliyyət daşıyan bu qrupların fəaliyyət azadlığını sarsıtmaq üçün nəzərdə tutulub”.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə isə deyib ki, ABŞ İranı hərbi hücumla hədələməyə cəsarət etmir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar son həftələrdə İrana bir neçə mesaj göndərərək İsrail və HƏMAS arasında müharibə şəraitində sülh tələb edib:

“Amerikalılar İranı hədələmirlər, onlar bir gecədə üç dəfə İrana məktub göndəriblər və bu məktubların mətnində xahiş və yalvarışlar var”.

General Tehranda jurnalistlərə deyib:

“Biz gücümüzün zirvəsindəyik və istənilən ehtimala hazırlaşmışıq”.

Hacızadə əlavə edib ki, qarşıdurma artıq “Hizbullah”ın İsrail rejimi ilə sərhədyanı toqquşmalarda iştirak etdiyi Livana da keçib: «Bununla belə, münaqişə daha da gərginləşə bilər və İran istənilən mümkün ssenariyə hazırdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər