12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Fransa Ukraynanın bəyənmədiyi silahları Ermənistana göndərir
Tarix: 14-11-2023 00:38 | Bölmə: Slayd
Fransa Ukraynanın bəyənmədiyi silahları Ermənistana göndərir

Fransa artıq Ukraynaya öz anbarlarından silah verməyi planlaşdırmır. Bundan sonra Kiyev silahları birbaşa istehsalçılardan sifariş etməli olacaq ki, bu da xeyli vaxt aparır.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornu Fransanın LCI telekanalında bildirib.

Onun sözlərinə görə, hazırda Fransa ukraynalı həmkarları ilə danışıqlar aparır ki, Kiyevi xüsusi fondun vəsaitlərindən istifadə etməklə yeni haubitsalar almağa təşviq etsin və beləliklə, fransız hərbçiləri artıq öz arsenallarından silah köçürməsin.

“Biz “Mistral” raket sistemləri üzərində işi davam etdirəcəyik. Biz quruda və hava hücumundan müdafiə sahəsində effektivik. Bu, əsas məqamdır, çünki siz döyüş meydanını və mülki strukturları qoruyursunuz. Cəbhə xəttində ikinci əsas element var, bu, yerüstü texnika, artilleriya, sezarlar, həm də hərbi nəqliyyat vasitələridir”, - fransalı nazir əlavə edib.

Məlumata görə, Fransa büdcəsindən bu fonda 200 milyon avro ayrılıb. Paris çalışır ki, bu vəsait yalnız fransız təchizatçılarının sifarişlərinə sərf olunsun.

Qeyd edək ki, Ukrayna tezliklə ABŞ-ın İordaniyadan aldığı “Gepard” özüyeriyən artilleriya sistemlərinin böyük partiyasını ala bilər. Söhbət 60 qurğudan gedir. Onlar 2013-cü ildə Hollandiya tərəfindən satılıb. Müqavilənin dəyəri 21 milyon avrodur. Bu partiyadan sonuncu quraşdırma 2016-cı ildə Hollandiya ordusuna verilib. Maraqlıdır ki, ABŞ İordaniyadan 60 qurğunu Ukraynaya ötürmək üçün daha böyük məbləğə alacaq. Dövlətlər zenit maşınları üçün 110 milyon avro ödəyib. Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus bildirmişdi ki, Ukraynaya bu qış “F-16” qırıcıları ala bilər. O, əmindir ki, bu təyyarələr müharibənin gedişinə təsir edəcək.

Bu arada Ermənistanın Fransadan alacağı silahlar məsələsində də maraqlı detal açıqlanıb. Məlum olub ki, Fransanın Ermənistana göndərdiyi “Bastion” çoxməqsədli hücum zirehli texnikası əvvəllər Ukrayna üçün nəzərdə tutulub, lakin Kiyev onlardan imtina edib.

“Ouest France” qəzeti yazır ki, Ukrayna hakimiyyəti 12,5 tonluq avtomobillərin artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunduğunu hesab edib.

“La Tribune” qəzeti 2022-ci ilin oktyabrında Kiyevə 20 ədəd “Bastion” göndərməyi planlaşdırdığını bildirmişdi. Silahların tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekornu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər