12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bəşər Əsədin və qardaşının həbsinə beynəlxalq order verilib
Tarix: 15-11-2023 15:18 | Bölmə: Slayd
Bəşər Əsədin və qardaşının həbsinə beynəlxalq order verilib

Fransa 2013-cü ildə kimyəvi hücumda ittiham olunan Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə AFP-yə məhkəmə sistemindəki mənbələr bildirib.

Məlumata görə, Bəşər Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hərbi cinayətlərdə iştirakda da şübhəli bilinir.

Suriya lideri Maher Əsədin faktiki olaraq Suriyanın elit hərbi birləşməsinə rəhbərlik edən qardaşı və silahlı qüvvələrin iki generalı üçün də beynəlxalq həbs qərarı verilib.

İstintaq Suriya Media və İfadə Azadlığı Mərkəzi (SCM), Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (OSJI) və Suriya Arxivinin açdığı iddiadan sonra başlayıb.

Xatırladaq ki, ötən ilin yanvarında Almaniya məhkəməsi keçmiş suriyalı polkovniki insanlığa qarşı cinayət törətdiyinə görə ömürlük həbs cəzasına məhkum etmişdi.

Bundan əlavə, bu ilin yanvarında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) 2018-ci ildə Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücuma görə Suriya Hərbi Hava Qüvvələrinin məsuliyyət daşıdığını müəyyən edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər