12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyada müharibə əleyhdarlarının sayı artır - Sorğu
Tarix: 16-11-2023 13:36 | Bölmə: Slayd
Rusiyada müharibə əleyhdarlarının sayı artır

Rusiyada sülh danışıqlarının tərəfdarı olan vətəndaşların sayı kəskin artıb. Bunu 21-29 oktyabr aralığında keçirilən sorğu sübut edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” keçirilən sorğuya istinadla yazıb.

Sorğunun nəticələrinə görə, rusların demək olar ki, yarısı prezident Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara başlamasını istəyir.

Respondentlərin təxminən 48 faizi 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumun başlanmasından bəri ən yüksək göstərici olan sülh sazişi üzrə danışıqların vaxtının çatması ilə razılaşıb. Eyni zamanda respondentlərin 39 faizi müharibənin davam etdirilməsinin tərəfdarıdır.

Sorğu iştirakçılarının dörddə üçü sülh sazişi imzalayacağı təqdirdə Putini dəstəkləyəcəklərini bildirib. Bu rəqəmlər yalnız ötən ilin sentyabrında Rusiya Federasiyasının 300.000 nəfərin səfərbərliyini elan etdiyi zaman artıb. Gələcək hərbi xidmətə çağırış qorxusu da ortaya çıxıb - 58 faiz yenidən səfərbərliyə qarşıdır.

Nəşrin yazdığına görə, ictimai narazılığın aşkar artımı çətin ki, Putinə təsir etsin. Rus qoşunları böyük itkilər versə və dəfələrlə geri çəkilməyə məcbur olsalar da, Rusiya prezidenti müharibəni dayandırmağa hazır deyil.

Qeyd olunur ki, Putin beşinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşdığı bir vaxtda, Kreml ölkə müxalifətinə qarşı son onilliklərin ən sərt repressiyalarına başlayıb, rəqiblərini həbs edib və müharibənin tənqidini qanunla qadağan elan edib.

Xatırladaq ki, Rusiyada səkkizinci prezident seçkilərinin 2024-cü il mart ayının 17-də keçirilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, Putinin 6 illik yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək qərarına gəldiyi bildirilsə də, hələlik bu, rəsmi şəkildə təsdiq olunmayıb. Buna baxmayaraq, bir çox xarici diplomatlar və rəsmilər Putinin ömürlük hakimiyyətdə qalacağını iddia edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər